Baku Fires komandası 10 yeni boksçunu heyətinə qatıb. AZXEBER.COM-a verilən məlumata görə, onlar Ümumdünya Boks Seriyasının (WSB) 2011/12 mövsümün ikincı hissəsində kluba kömək edəcəklər.
Yeni boksçuların siyahısı:
54 kq
Məhəmməd Qurbanov (Rusiya) – yeniyetmələr arasında dünya çempionatı-2008-in qalibi
Cavid Çələbiyev (Azərbaycan) – 2011-ci ilin Azərbaycan çempionu
61 kq
Koba Pxakadze (Gürcüstan) – Dünya çempionatı-2009-un bürünc mükafatçısı
85 kq
Teymur Məmmədov (Azərbaycan) – Avropa çempionu-2011, Dünya çempionatı-2011-in gümüş mükafatçısı
Vətən Hüseynli (Azərbaycan) – Azərbaycan çempionatı-2011-in bürünc mükafatçısı
Asxab Əbdülxaliqov (Azərbaycan)
+ 91 kq
Zamiq Atakişiyev (Azərbaycan) – Azərbaycan çempionu-2011
Fərid Şabanov (Azərbaycan) – Azərbaycan çempionatı-2011-in gümüş mükafatçısı
Denis Poyatsıka (Ukrayna) – Avropa çempionu-2006, Avropa çempionatı-2010-un bürünc mükafatçısı
İlqar Allahverdiyev (Azərbaycan)
Xatırladaq ki, Pxakadze və Poyatsıka ötən mövsüm də Baku Fires-ın şərəfini qoruyublar. Qeyd edək ki, “B” qrupunda beş döyüşdən sonra Baku Fires yüz faiz nəticə göstərərək, 15 mümkün baldan 15-ni toplayıb və 1-ci yeri tutur. Komandamız növbəti matçını yanvarın 14-də Çində Beijing Dragons-a qarşı keçirəcək.