Baku Fires yeni boksçuların adlarını açıqladı

İDMAN
12:50 11.01.2012
1715

Baku Fires komandası 10 yeni boksçunu heyətinə qatıb. AZXEBER.COM-a verilən məlumata görə, onlar Ümumdünya Boks Seriyasının (WSB) 2011/12 mövsümün ikincı hissəsində kluba kömək edəcəklər.

Yeni boksçuların siyahısı:

54 kq

Məhəmməd Qurbanov (Rusiya) – yeniyetmələr arasında dünya çempionatı-2008-in qalibi

Cavid Çələbiyev (Azərbaycan) – 2011-ci ilin Azərbaycan çempionu

61 kq

Koba Pxakadze (Gürcüstan) – Dünya çempionatı-2009-un bürünc mükafatçısı

85 kq

Teymur Məmmədov (Azərbaycan) – Avropa çempionu-2011, Dünya çempionatı-2011-in gümüş mükafatçısı

Vətən Hüseynli (Azərbaycan) – Azərbaycan çempionatı-2011-in bürünc mükafatçısı

Asxab Əbdülxaliqov (Azərbaycan)

+ 91 kq

Zamiq Atakişiyev (Azərbaycan) – Azərbaycan çempionu-2011

Fərid Şabanov (Azərbaycan) – Azərbaycan çempionatı-2011-in gümüş mükafatçısı

Denis Poyatsıka (Ukrayna) – Avropa çempionu-2006, Avropa çempionatı-2010-un bürünc mükafatçısı

İlqar Allahverdiyev (Azərbaycan)

Xatırladaq ki, Pxakadze və Poyatsıka ötən mövsüm də Baku Fires-ın şərəfini qoruyublar.

Qeyd edək ki, “B” qrupunda beş döyüşdən sonra Baku Fires yüz faiz nəticə göstərərək, 15 mümkün baldan 15-ni toplayıb və 1-ci yeri tutur. Komandamız növbəti matçını yanvarın 14-də Çində Beijing Dragons-a qarşı keçirəcək.

OXŞAR XƏBƏRLƏR