'Baku' jurnalı Romada təqdim edildi

MƏDƏNİYYƏT
15:06 21.04.2012
2541
İtaliyanın paytaxtı Romada “Baku” jurnalının təqdimat mərasimi olub. AzərTAc-ın məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva tədbirdə iştirak ediblər. Nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan “Baku” jurnalı artıq beynəlxalq aləmdə kifayət qədər tanınan və böyük reytinqə malik mətbu orqana çevrilib. Bundan əvvəl Moskvada və Londonda təqdimat mərasimləri keçirilən jurnalın ingilisdilli versiyası indi Avropada kifayət qədər geniş oxucu auditoriyasına malikdir. Romada “Baku” jurnalının təqdimat mərasimini İtaliyanın tanınmış teleaparıcısı Massimo Ginni açaraq Azərbaycanın malik olduğu mədəni dəyərlər haqqında qonaqlara məlumat verib.Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti barədə danışan Massimo Ginni vurğulayıb ki, Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycan bu gün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platforması qismində çıxış edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva mərasimdə çıxış edib. “Baku” jurnalını qədim Roma şəhərində təqdim etməkdən məmnunluq ifadə edən Leyla Əliyeva bildirib ki, jurnalı təsis edərkən əsas məqsədi beynəlxalq miqyaslı dərgi hazırlamaq olub.Ötən ildən ingilis dilində nəşr olunmağa başlayan jurnalın hazırda Roma, Paris, Berlin və Nyu-Yorkda yayıldığını qeyd edən L.Əliyeva “Baku”da Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti və adət-ənənələri, həmçinin müxtəlif sənət adamları haqqında məlumat verdiyini deyib.“Biz çox çalışırıq ki, bu dərgi italyan oxucularının da ürəyincə olsun”. O, bildirib ki, Azərbaycan kifayət qədər gənc ölkədir. Bu yaxınlarda ölkəmiz müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd edib. Lakin bununla bərabər ölkəmizin çox qədim tarixi var. Müsəlman şərqində ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verib. Azərbaycanda 1901-ci ildə müsəlman qızlar üçün məktəbin açıldığını və Şərqdə ilk opera və baletin məhz ölkəmizdə yarandığını vurğulayan Leyla Əliyeva deyib: “Azərbaycanın olduqca zəngin mədəni irsi və çox qədim tarixi vardır. Azərbaycanın paytaxtı Bakı özündə təkcə qədim Qız qalasında və Qobustan qayaüstü rəsmlərdə əksini tapan köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız şəhərsalma mədəniyyətini özündə təcəssüm etdirir.Düşünürəm ki, ölkəmiz hər zaman açıq fikirliliyi və tolerantlığı ilə tanınıb. Ölkəmizdə hər zaman mədəniyyətlər, dinlər və adət-ənənələr biri-birinə qovuşub. Ümid edirəm ki, Heydər Əliyev Fondu tərəfindən Romada təşkil edilən Azərbaycan Mədəniyyəti Günləri italyan xalqına ölkəmizi daha yaxından tanımaq imkanı yaradır”. Leyla Əliyeva Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, Fond Azərbaycan mədəniyyətinin xaricdə təbliğ edilməsi sahəsində böyük işlər görür və UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlıq edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, sosial sahələrdə iri layihələr həyata keçirir.Fondun ən vacib fəaliyyət istiqamətlərindən biri də Azərbaycanda və regionda ekoloji sağlamlığın mühafizəsi və qorunmasıdır. Bu məqsədlə Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Təşəbbüsünü irəli sürdüyünü deyən Leyla xanım Əliyeva bu il Azərbaycanın “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini bildirib və bütün qonaqları ölkəmizə dəvət edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq