BAKU TV 3 yaşını qeyd edir - VİDEO

BAKU TV 3 yaşını qeyd edir - VİDEO
MEDİA
15:29 18.02.2021
354
Azərbaycanın ən reytinqli və ən güvənilən internet televiziyalarından olan BAKU TV-nin 3 yaşı tamam olur.
 
AZXEBER.COM xəbər verir ki, BAKU TV dünyanın və ölkənin müxtəlif yerlərindən ən vacib xəbərləri ekranlara gətirir.
 
Ən maraqlı və eksklüziv süjetləri məhz BAKU TV-dən izlənilir. Kanal yarandığı gündən etibarən ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosüjetlər hazırlayaraq auditoriyaya təqdim edir.
 
Xüsusilə Vətən müharibəsi zamanı BAKU TV-nin operativ fəaliyyəti, qaynar nöqtələrdən reportajları və hər saat canlı yayımları izləyicilərə dəqiq və dolğun məlumat almaq imkanı yaratdı.
 
Peşəkar jurnalistlərdən ibarət komandanın işi BAKU TV-yə qısa bir zamanda böyük auditoriya qazandırdı.
 
AZXEBER.COM olaraq həmkarlarımızı təbrik edirik: 
 
OXŞAR XƏBƏRLƏR