BAKU TV 4 yaşını qeyd edir - FOTO

BAKU TV 4 yaşını qeyd edir - FOTO
MEDIA
15:36 18.02.2022
352
Bu gün BAKU TV kanalının 4 yaşı tamam olur. 

Kanal dünyanın və ölkənin müxtəlif yerlərindən ən vacib xəbərləri ekranlarımıza gətirir. Ən maraqlı və eksklüziv süjetləri məhz BAKU TV-dən izləyirsiniz. 

Kanal yarandığı gündən etibarən ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosüjetlər hazırlayaraq auditoriyaya təqdim edir.

Xüsusilə Vətən müharibəsi zamanı BAKU TV-nin operativ fəaliyyəti, qaynar nöqtələrdən reportajları və hər saat canlı yayımları izləyicilərə dəqiq və dolğun məlumat almaq imkanı yaratdı. 

Peşəkar jurnalistlərdən ibarət komandanın işi BAKU TV-yə qısa bir zamanda böyük auditoriya qazandırıb.

 

 
2021-ci ildə BAKU TV-nin hazırladığı videoları YouTube 2 milyard dəfə insanlara baxmağı təklif edib.

 

Qeyd edək ki, BAKU TV-yə ən çox giriş Azərbaycandandır - 69.4 faiz. Kanala daha çox 25 yaşdan yuxarı yaş qrupu olan insanlar baxır.

BAKU.WS kollektivi adından BAKU TV komandasını 4 yaşı münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik!

BAKU TV sosial şəbəkələrdə:

https://www.youtube.com/watch?v=eVuEesDk0uc

https://www.facebook.com/www.baku.tv/​ 
https://www.instagram.com/bakutvofficial/ ​
https://baku.tv

https://web.telegram.org/k/

https://vm.tiktok.com/ZSe7kxVoC/

OXŞAR XƏBƏRLƏR