"Baku TV": Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

"Baku TV": Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir
SİYASƏT
21:01 10.11.2026
80
Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetdə bildirilib.

Qeyd olunub ki, 244 kvadratmetr ərazini əhatə edən Azərbaycan pavilyonunda ziyarətçilər üçün müxtəlif təqdimat və görüş imkanları yaradılıb. Pavilyonda 35 nəfərlik konfrans zalı, iki görüş otağı, eləcə də qonaqların Azərbaycan çayını dada biləcəyi xüsusi guşə fəaliyyət göstərir.

Pavilyonun diqqətçəkən bölmələrindən biri interaktiv zonadır. Burada Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələr, Xəzər dənizinin ekoloji vəziyyəti, COP-dan əvvəl və sonra görülən işlər barədə məlumat verilir.

Bundan başqa, interaktiv xəritə vasitəsilə Azərbaycanın yaşıl enerji zonaları və yaşıl enerji dəhlizləri ilə tanış olmaq mümkündür.

Süjetdə qeyd olunub ki, pavilyonun digər maraqlı elementi isə onun maskotu olan Xəzər suitisidir. Bu seçimin təsadüfi olmadığı bildirilib. Belə ki, iqlim dəyişiklikləri Xəzər dənizinin ekosisteminə, xüsusilə də nəsli kəsilmək təhlükəsi ilə üzləşən Xəzər suitilərinin yaşayış mühitinə ciddi təsir göstərir.

Daha ətraflı süjetdə:
 

OXŞAR XƏBƏRLƏR