Baku TV-nin EKSKLÜZİV REPORTAJI: Ermənistanın regionda yaratdığı faciəvi vəziyyət - VİDEO

Baku TV-nin EKSKLÜZİV REPORTAJI: Ermənistanın regionda yaratdığı faciəvi vəziyyət - VİDEO
SİYASƏT
18:04 16.08.2023
1416
Qarabağın ermənidilli əhalisindən narahat olduğunu imitasiya edərək beynəlxalq qurumlara "aclıq”, "blokada” kimi qondarma şikayətlərlə müraciət edən Ermənistan hökuməti əslində, ekologiyanı zəhərləyərək həm öz ölkəsinin, həm də bütün regionun əhalisini yavaş-yavaş öldürür.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baku TV-nin reportajında deyilir.

Bildirilir ki, Qafan və Qacarandakı dağ-mədən sənayelərinin tullantıları ilə çirkləndirilmiş Oxçuçay çayı həmin tullantıların toplayıcısı rolunu oynayır. Zəngəzur Mis-Molibden Zavodunun tullantıları təmizlənmədən birbaşa çaya axıdıldığı üçün çirklənmə səviyyəsi normadan dəfələrlə artıqdır və bu çayın suyu yararsız hesab edilir. Tərkibində ağır metalların üstünlük təşkil etdiyi "ölü su” istifadəyə yararsız olmaqla yanaşı, həm də təhlükəlidir.

Yeri gəlmişkən, Ermənistanın "Ekolur” ictimai informasiya təşkilatının rəhbəri İnqa Zarafyan bildirib ki, Zəngəzur Mis-Molibden Zavodu və Qafandakı qızıl mədənlərində köhnəlmiş avadanlıqlardan istifadə olunur, bunun nəticəsində həm insanların sağlamlığı, həm də ekologiya üçün yaranan problemlər heç kəsi maraqlandırmır: "Onların əlində həm bu infrastruktur, həm də bu ərazi var. Burada bir neçə çirklənmə mənbəyi var. Bunlardan biri kombinatdır”.

"Qacaranda tullantıların saxlanıldığı ərazinin (radioaktiv, zəhərli və digər tullantıların saxlanması və ya atılması üçün nəzərdə tutulmuş xüsusi qurğular və avadanlıqlar kompleksi) yaxınlığında hava çox çirklidir. Orada nəfəs almaq mümkün deyil. Nəticədə hətta bostanlarımızda belə heç nə bitmir: bitkilər dərhal saralır, bütün göy-göyərti, meyvə ağacları, yarpaqlar pasla örtülür”, - Acanan kənd sakini Svetlana Farmatyan bildirib.

Havada kükürd dioksidi və dimetil sulfid daxil olmaqla, zərərli qazların yüksək səviyyədə olduğu belə ərazilərin təhlükəli dərəcədə yaxınlığında yaşayan insanlar mal-qara otarır, ot və giləmeyvə yığırlar. Tullantıların saxlanıldığı belə yerlərin miqyası böyükdür. Bundan başqa, bir çox sakinlər şəhərlərdə xəstəliklərin geniş yayılmasından şikayətçidirlər.

Zəngəzur Mis-Molibden Zavodu kimi dağ-mədən şirkətləri əhalinin sağlamlıq probleminə məhəl qoymur. Ermənistan hakimiyyəti isə heç bir izahat vermədən baş verənlərə göz yumur.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək