BAKU.WS-in 17 yaşı tamam oldu!

BAKU.WS-in 17 yaşı tamam oldu!
MEDİA
12:56 05.01.2021
509
5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başlamasından 17 il ötür!

Bu 17 il ərzində BAKU.WS daim böyüyərək inkişaf edib və oxucu auditoriyasını genişləndirib. Xəbər portalında dünyanın müxtəlif guşələrində, həmçinin Azərbaycanda baş verən ən son xəbərlər, hadisələr, analitik yazılar, bu və ya digər aktual məsələlərə aid cəmiyyətdə söz sahibi olan şəxslərin açıqlamaları yer alır.

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan BAKU.WS qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayır. 

Sözsüz ki, fəaliyyətə başladığı gündən bu günədək ən məsuliyyətli dövrü Qarabağın erməni işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsi günlərinə təsadüf edib. 44 günlük savaş dövründə ordumuzun cəbhədə apardığı qalibiyyət savaşına sayt da arxa cəbhədə dəstək verib.

BAKU.WS cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqın dəmir yumruq kimi birləşdiyi günlərdə informasiya müharibəsinin ən önəmli ünvanlarından olub. Ali Baş Komandanın dünyanın aparıcı KİV-lərinə müsahibələri, Azərbaycanın haqq işini yüksək ustalıqla dünya ictimaiyyətinə çatdırması Vətən müharibəsi günlərinin ən yaddaqalan epizodlarından olub.

BAKU.WS cəbhə bölgəsindən ən son xəbərləri çatdıraraq, eləcə də BAKU.TV-nin cəbhəyə ezam olunmuş müxbirlərinin qaynar reportajlarını yayımlamaqla informasiya müharibəsində önəmli Azərbaycan KİV-i olduğunu bir daha sübut etdi. 

Bu gün BAKU.WS-in sosial şəbəkələrdə izləyicilərinin sayı 1 milyon 200 mini ötüb. Milyonlarla oxucu ən qaynar xəbərləri birbaşa saytdan izləməklə yanaşı sosial şəbəkələrdəki hesablardakı paylaşımlardan da əldə edə bilirlər. 

AZXEBER.COM olaraq dəyərli həmkarlarımızı təbrik edirik.
OXŞAR XƏBƏRLƏR