BAKU.WS-in 18 yaşı tamam oldu

BAKU.WS-in 18 yaşı tamam oldu
MEDIA
20:44 05.01.2022
290

Bu gün BAKU.WS-in fəaliyyətə başlamasından 18 il ötür.

Bu 18 il ərzində BAKU.WS daim böyüyərək inkişaf edib və oxucu auditoriyasını genişləndirib.

Xəbər portalında dünyanın müxtəlif guşələrində, həmçinin, Azərbaycanda baş verən ən son xəbərlər, hadisələr, analitik yazılar, bu və ya digər aktual məsələlərə aid cəmiyyətdə söz sahibi olan şəxslərin açıqlamaları yer alır.

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan BAKU.WS qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək, bu statusunu bu günədək qoruyub saxlayır.

Qarabağın erməni işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsi günlərində ordumuzun cəbhədə apardığı qalibiyyət savaşına BAKU.WS arxa cəbhədə dəstək verib.

Bu gün BAKU.WS-in sosial şəbəkələrdə izləyicilərinin sayı 4 milyonu ötüb. 

AZXEBER.COM saytının kollektivi adından həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!

OXŞAR XƏBƏRLƏR