İTV-yə baş direktor seçkisinin tarixi bəlli olub

İTV-yə baş direktor seçkisinin tarixi bəlli olub
MEDIA
13:10 15.04.2026
274
İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İctimai Televiziyanın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, baş direktor seçki nəticəsində müəyyən olunacaq.

Qeyd edək ki, Baş direktor Yayım şurası tərəfindən 4 il müddətinə seçilir.
OXŞAR XƏBƏRLƏR