Ötən gün Azərbaycanın Türkiyədəki səfirliyində balaban ifaçısı Əlixan Səmədovun diskinin təqdimatı keçirilib.Tədbirdə məhşur musiqiçilərdən aktrisa Məlahət Abbasova, müğənni İradə İbrahimova İstanbulda yaşayan rəssamlar, səfirliyin nümayəndələri və Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri iştirak ediblər. Təqdimat zamanı Əlixan bəy tədbir iştirakçıları üçün diskə daxil olan musiqi parçalarından bəzilərini canlı ifa edib. Məhşur azərbaycanlı musiqiçini Türkiyədə təhsil alan tələbələri müşayiət ediblər.
Tədbirin davamında səbəbkar disklərini iştirakçılara hədiyyə edib.
Ozal İbrahimli