Baba olduqdan sonra gəlini Yasemin Şefkatlini ziyarət etmək üçün xəstəxanaya gedən İbrahim Tatlısəs çıxışda onu gözləyən jurnalistlərə söhbət edib.
AZXEBER.COM xəbər verir ki, "İmperator" nəvələrindən danışıb:
"Tatlısəsin soyu davam edir. Mən getsəm, İdo qalır. İdo getsə, oğlu qalır. Allah hər kəsin balalasını, nəvələrini bağışlasın".
Daha sonra baba İbrahim Tatlısəs pərəstişkarlarına kədərli xəbər verib. X (Twitter) hesabında əkizlərdən birinin ürəyində problem olduğunu deyən 72 yaşlı 'İmperator' izləyicilərindən dua istəyib:
"Balaca Tatlıseslərimiz üçün hər kəsdən dua diləyirəm.Əkizlərdən birinin ürəyində problem var. Dualarınızla inşallah balaca Tatlısəsin işi asanlaşar. Allah onu bizə çox görməsin, Amin".
Aysel