"Bu gün tanınıram, sevilirəm, məşhuram, amma bu mənim arzuladığım yer deyil".
AZXEBER.COM xəbər verir ki, bu sözləri "Günə bax" verilişində meyxanaçı Balaəli deyib.
"Mən şou-biznesdəki müğənninin biznesi var sözünü o zaman deyərəm ki, ən bahalı geyimləri sponsor hesabına geyinsin. Sponsor məşhurlara deməlidir ki, bir dəfə mənim brendimə məxsus köynəyi geyin çıx efirə, onu reklam elə. Mən bu gün brend geyim geyinirəm amma ona özüm pul verib alıram. Bu biznes olmadı axı...Bizi sponsorlar geyindirməlidir" deyə bildirib.
Aysel