"Baləkənin loqosu dəyişdirilmir, yeni loqo hazırlanır”
Bununla bağlı AZXEBER.COM-a Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, ümumiyyətlə, Balakən rayonunun loqosu olmayıb:
"Balakən rayonunun loqosu dəyişdirilmir. Ümumiyyətlə, Balakən rayonunun loqosu olmayıb. Buna görə də yeni loqo hazırlanır. Loqo rayonun tarixi, mədəniyyəti, adət-ənənələri və digər özünəməxsus xüsusiyyətlərini əks etdirəcək. Hələ ki, heç bir eskiz hazırlanmayıb. Dekabrın 15-nə qədər vaxt var və loqo ona qədər tamamlanmalıdır”.
Şahanə Ziyad










































