Balakəndə 4 yaşlı qızı avtomobil vuraraq öldürüb

Balakəndə 4 yaşlı qızı avtomobil vuraraq öldürüb
SOSİAL
10:04 06.10.2022
120
Balakəndə avtomobil 4 yaşlı qızı vuraraq öldürüb.

AZXEBER.COM Report-a istinadla xəbər verir ki, hadisə oktyabrın 5-i saat 18:20 rayonun Hənifə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman 2018-ci il təvəllüdlü Mirvari Allahverdiyevanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR