Balakəndə 69 yaşlı kişi intihar edib

Balakəndə 69 yaşlı kişi intihar edib
SOSİAL
23:05 14.05.2018
10500

Balakəndə 69 yaşlı kişi intihar edib.
 
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Talalar kəndində baş verib.

Kənd sakini, 1949-cu il təvəllüdlü Kamil Əhmədullah oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib.
 
69 yaşlı Kamil Məmmədovun intihar etməsi məlum olub.
 
Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR