Balakəndə avtomobil 54 yaşlı qadını vurdu

Balakəndə avtomobil 54 yaşlı qadını vurdu
SOSİAL
13:50 20.02.2022
241
Balakən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil 1968-ci il təvəllüdlü Gənciyeva Dinara Ramazan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol sirkə kasasının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR