Balakəndə camış 65 yaşlı qadını öldürdü

Balakəndə camış 65 yaşlı qadını öldürdü
HADİSƏ
18:07 16.08.2025
185
Balakəndə camış 65 yaşlı qadının həyatına son qoyub. 

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun İtitala kəndində qeydə alınıb. Həmin kənd sakini 65 yaşlı Həlimət Məmməd qızı Hüseynovanı camış vuraraq ağır xəsarətlər yetirib.

Qadın Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR