Balakən rayonunda qeyri-adi hadisə baş verib. Rayonun Yenişərif kəndində arı şanısının üzərində ərəb dilində Allah sözü təsvir olunub. Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə Hacı Məhəmmədin həyətindəki arı fermasında olub.Hacı Məhəmmədin özü də bundan mat-məəttəl qaldığını deyir. Onun sözlərinə görə, arı şanını ərəb dilində oxuyub-yaza bilən şəxslərə də göstəriblər. Onlar da həqiqətən şanın üstündə Allah yazıldığını təsdiqləyiblər.Dindar Hacı Məhəmmədin özü isə bunu Allahın möcüzəsi adlandırır. /// ANSPRESS
![](/file/pic/xeber/2011-08-28/114742.jpg)
![](/file/pic/xeber/2011-08-28/114750.jpg)
![](/)