Balakəndə narkotiki torpağa basdıran qadın saxlanıldı

Balakəndə narkotiki torpağa basdıran qadın saxlanıldı
SOSİAL
10:27 30.05.2025
230
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

AZXEBER.COM xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 40 yaşlı E.Yekəyev saxlanılıb. Ondan dörd kiloqramdan artıq marixuana və elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin bir hissəsini "Günel" adlı şəxsdən aldığını bildirib.

Davam etdirilən tədbirlərlə etdiyi qanunsuz əməllərə görə axtarışda olan Günel İbişovanın yeri polislər tərəfindən müəyyən olunub və saxlanılıb. Onun yaşadığı ünvandan torpağa basdıraraq gizlətdiyi 2 kiloqram 700 qram marixuana və 2412 ədəd metadon həbi aşkarlanıb. G.İbişova narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR