Balakəndə sel körpünü dağıdıb

Balakəndə sel körpünü dağıdıb
SOSİAL
15:50 14.09.2025
159
Balakəndə sel körpünü dağıdıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, son günlər ölkənin şimal-qərb bölgəsində qeyr-sabit hava şəraiti hökm sürür.

Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən, mənbəyini Qubek dağlarından alan Hunbul çayından səhər saatlarında sel keçib. Sel kəndin yuxarı hissəsində çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız hala salıb. Avtomobillərin və piyadaların gediş-gəlişi müvəqqəti dayanıb.

Hazırda aidiyyəti qurumlar hadisə yerinə baxış keçirərək körpüdə baş verən qəzanın aradan qaldırılması istiqamətində iş aparır.
OXŞAR XƏBƏRLƏR