“Balalarını sevirlərsə, maska taxsınlar” - Koronaviruslu xəstələrdən müraciət

“Balalarını sevirlərsə, maska taxsınlar” - Koronaviruslu xəstələrdən müraciət
SOSİAL
17:23 01.06.2020
2068
Azərbaycanda son günlər karantin qaydalarının yumşalması xəstələrinin sayının artması, hər gün 200 həddini keçməsi artıq ağır xəstələrinin sayının da dəfələrlə artmasına səbəb olub. Onların əksəriyyəti də reanimasiyada, bir çoxu süni tənəffüs aparatına bağlı olaraq yaşamını davam etdirir.

AZXEBER.COM-un verdiyi xəbərə görə, Real TV bir neçə xəstəxananın reanimasiya şöbəsində olaraq həmin an orada baş verənlər haqda reportaj hazırlayıb.

Videokadrlardan görünür ki, paytaxt xəstəxanalarında reanimasiyalar artıq dolmaq üzrədir. Ağır vəziyyətdə olan xəstələr müalicə ilə yanaşı, qida qəbulunu da həkimlər vasitəsilə qəbul edə bilirlər. Çünki vəziyyətin ağırlaşması artıq onları sərbəst hərəkət etməkdən məhrum edib. 

Xəstələr haqda danışan ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayev deyib ki, bu günədək hər yaş qrupunda, 27 yaşdan 94 yaşadək xəstələr olub: "Bizim şöbəmizdə ən ağır, süni tənəffüs aparatına ehtiyacı olan xəstələr müalicə olunur. Bütün proseduru TƏBİB-in protkolu əsasında aparılır. Bəzi insanların xəstəliyin olmasına inanmaması nəticəsində artıq xəstəxanada yataqlar dolmaq üzrədir”.

Tibb bacısı bildirib ki, virusun olduğuna inanmayanlara görə ailələrindən, evlərindən uzaq düşüblər: "Bütün insanlara demək istəyirəm ki, buna inanıb qaydalara əməl etsinlər ki, hamı evinə dönsün”.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimotoloqu Kəmalə Namazova qeyd edib ki, son bir həftə ərzində xəstə sayı artıb: "Əksəriyyəti də ağır vəziyyətdədirlər. Burada müalicə olunmuş 45 xəstədən 30-a yaxını süni tənəffüs aparatına qoşulub və onlar sağalaraq evə buraxılıb. Hazırda 16 xəstənin vəziyyəti ağır olaraq qalır, onların müalicəsi davam edir”. 

REACT-19 layihəsi çərçivəsində xaricdən gətirilən Şahin Əzizov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı, Heydər Əliyev Fondu və TƏBİB-in təşkilatçılığı ilə bu prosesə cəlb olunublar: "Əlimizdən gələn hər şeyi etməyə hazırıq, öz biliklərimizi yerli həkimlərlə paylaşırıq”.

Rəşad Quliyev əlavə edib ki, artıq xəstə qəbul etməyə yer qalmayıb: "Xəstələrin sayı durmadan artır, gücləndirilmiş rejimdə xəstələri müalicə edirik. Artıq reanimisaiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur”.

Həkimlərdən başqa, süni tənəffüs aparatına qoşulmayan, nibsətən yüngül olan xəstələr də bu barədə danışıblar. Onlardan biri bildirib ki, bu xəstəlik çox qorxuludur: "Ailələrini, balalarını sevirlərsə, onları, özlərini qorusunlar, maska taxsınlar”.

Digər xəstə isə çətinliklə danışaraq bu xəstəliyə inanmayanlara müraciət edib: "Yalan söhbət ola bilməz, xəstəlik var, mövcuddur. Bunun da qarşısı alınmalıdır”.

Qoyulan tələblərə əməl edərək sosial məsafə saxlamaq, tibbi ləvazimatlardan istifadə etmək reanimasiyada ölümlə yaşam arasında mübarizə aparmaqdan daha asandır.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı