Balaş Qasımovun peşəkar yanaşması: Yenidən doğulan İTV

Balaş Qasımovun peşəkar yanaşması: Yenidən doğulan İTV
MEDİA
14:51 29.08.2020
702

Ötən illərlə müqayisədə bu gün Azərbaycanda televiziyaların fəaliyyətində kifayət qədər dəyişikliklər hiss olunur. Belə bir deyim var: televiziya tamaşaçının tələblərinə cavab verməlidir. Əslində maraqlı fikirdir. Bəs görəsən bu fikir bütün televiziyalarda, tamaşaçıların evlərinin qonağı olan verilişlərə şamil edilirmi? 

Dəfələrlə aparılan sorğuların nəticələrinə baxsaq, son iki il ərzində ən çox izlənilən və bəyənilən televiziyalar sırasında İctimai Televiziyanın (İTV) olduğunu görərik. 

Bir qədər tarixə nəzər salaq. Bundan 15 il öncə, 2005-ci ildə fəaliyyətə başlayan İTV əslində günün tələbindən yarandı. Şəffaflıq, qərəzsizlik və ictimai maraq prinsiplərini önə çəkən İTV hər zaman yüksək rəqabət mühitində lider olmaq üçün çalışıb. İctimai Televiziya informasiya departamenti, analitik verilişlər, musiqi, bədii və əyləncəli proqramlar, səhər proqramları, gənclər, elm və təhsil verilişləri, kino və dublyaj, yaradıcılıq birliyi, hüquq və beynəlxalq əlaqələr departamenti ilə birgə komanda olaraq bir çox uğurlara imza atıb. 

 

Bu gün hər bir Azərbaycan tamaşaçısı İTV-nin nələrə nail olduğunu bilmək üçün 15 ili əhatə edən yaradıcılıq yoluna baxa bilər. Lakin televiziya məkanında sözün əsl mənasında səs-küylü layihələrlə yadda qalan və liderlik zirvəsindən düşmədiyi son iki il barədə danışmaq yerinə düşərdi.

Maraqlı gələcək ki, niyə məhz iki il? Çünki son iki il ərzində İctimai Televiziyada aparılan kadr islahatları televiziyanın qazandığı və qazanacağı uğurlara müsbət mənada təkan verdi. Belə ki, 2018-ci ildə İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının qərarı ilə Balaş Qasımov İTV-yə yeni rəhbər təyin edildi. Bu kadr dəyişikliyi geniş müzakirələrə səbəb oldu. Amma gəl gör ki, B.Qasımovun rəhbərliyi altında İTV və televiziyada çalışan böyük bir ailə ordusu qısa müddətdə böyük uğurlara imza atdı. Televiziyanın əsas prioritet istiqaməti hadisələrə olduğu kimi yanaşmaq, cəmiyyətdə baş verənləri obyektiv şəkildə şərh etməkdir.

Bunu da İctimai Televiziyanın efirində yayımlanan "İTV XƏBƏR” buraxılışlarında hiss edirik. Televiziya analitik proqramları ilə də hər zaman hadisələrin fonunda hərtərəfli, dəqiq mövqeyi ilə tamaşaçıların qarşısına çıxır. Belə ki, son dövrlərdə efirdə maraqla izlənilən və geniş auditoriya toplayan verilişlər, yeni layihələr olub. Onlardan həftənin cümə axşamları Elçin Şıxlının təqdimatında efirə gedən "Pressing” verilişi, həftə içi hər gün Heydər Mirzənin təqdimatında yayımlanan "Diqqət Mərkəzi” layihələrini, Orxan Fikrətoğlunun bənzərsiz şərhlərinin səsləndiyi "Halbuki” verilişini misal göstərmək olar.

Bu verilişlərdə müzakirəyə qoyulan sosial problemlərdə, analitik şərhlərdə daim qərəzsiz, cəmiyyətin ümumi maraqlarına xidmət ön planda dayanıb. İTV hansısa bir qurumun, şəxslərin deyil, xalqın mənafeyini müdafiə edir. Tamaşaçılara təqdim etdiyi bütün verilişlərində də bunu sübuta yetirir.

Lakin dəyişikliklər təkcə maddi-texniki bazanın təzələnməsində, yeni studiyalarda, çəkiliş pavilyonlarında, görüntüdə deyil, həm də məzmunda, mahiyyətdədir. Təcrübə, peşəkar komanda, güclü və bacarıqlı yaradıcı heyətlə yeni studiyalar elə yeni veriliş və tok-şouların meydanına çevrildi.

Yeniliklər bununla da bitmir. Ölkədə və dünyada baş verən ən son məlumatları hər gün efirə gedən "İTV xəbər” proqramında operativ şəkildə izləmək mümkündür. Xəbər proqramları hər bir televiziyanın görən "göz”üdür və etiraf edək ki, İTV-nin peşəkar jurnalist ordusu hadisə yerindən canlı bağlantı yaradaraq operativ şəkildə ictimaiyyətə məlumat ötürür. İnformasiyanı özünəxas dəsti xətti ilə çatdıran müxbirlərin səlis nitqi və şərhləri isə tamaşaçılarda heç bir sual doğurmur. Rəsmi xronika, dövlət tədbirləri, Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli toplantılar, ölkə həyatı, dünyada baş verən hadisələr, idman yenilikləri böyük operativlik və peşəkarlıqla tamaşaçılara çatdırılır.

Eyni zamanda adət-ənənələrimizi, tariximizi, milli zənginliyimizi özündə əks etdirən, gənclərə, gələcək nəslə yol göstərən maraqlı layihələrdən biri də "Bir şəhər və 24 saat” adlanır. Bundan başqa "Sabaha saxlamayaq”, "Radius”, "Vətən uzaqda deyil”, "Din və cəmiyyət” və s. layihələr də kifayət qədər maraq doğurur. Aparıcıların səriştəli və dolğun şərhləri tamaşaçıları televizor qarşısına gəlməyə vadar edir. 

İTV öz uğurları ilə cəmiyyətin "mən televizora baxmıram” kimi stereotiplərini qırdı. Bu gün İTV-də yayımlanan verilişlər həm müasir, həm qədim tarixi özündə əks etdirir. Tamaşaçıların sevə-sevə baxdığı verilişlər isə hər kəsin maraq dairəsinə görə dəyişir. Bütün izləyici auditoriyasına xitab edən formatda olan verilişlər isə yalnız İTV-nin efirində yayımlanır.

Gündəmə bomba kimi düşən İTV-də efirə gedən "3D” layihəsi isə bu günə qədər Azərbaycanın televiziya məkanında bir ilk oldu. İlklərə imza atmaq risk tələb edir. Risk almaq isə hər komandanın işi deyil. Dadaş Dadaşlinskinin qonağı cəmiyyətin tanınmış nümayəndələri, müxtəlif qurumları təmsil edən rəsmi şəxslər olur ki, onlara da ünvanlanan suallar cəmiyyəti düşündürən, onları narahat edən məsələlərə cavab almaq üçündür.

İTV tamaşaçılarını yeni mövsümdə isə daha möhtəşəm layihələr, lisenziyalı filmlər və daha nələr-nələr gözləyir. Bütün bu yeniliklərin, dəyişikliklərin səbəbkarı isə Balaş Qasımovdur. Əslində, ötən il "3D” verilişində qonaq olan B.Qasımov yerli mediaya doğma, səmimi, dost münasibətini, inam və etimadını bir daha ortaya qoydu.

Son bir ilin uğurlarını isə elə son bir ilin hesabatı kimi qəbul etmək olar. 41 yaşlı rəhbər B.Qasımov "Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının üzvüdür. 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu, 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə "Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan çempionu olub. 2019-cu ilin iyulun 26-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis edilən "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin üzvüdür. 2019-cu ilin aprelin 29-da "Tərəqqi” medalı ilə təltif edilib. Və bu gün Balaş Qasımov tərəfindən verilən qərarlar, İTV-də aparılan islahatları ölkə səviyyəsində dünya standartlarına uyğun müasirləşmənin kiçik modeli də hesab etmək olar. Yeniliklər isə davam edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
20:44 24.09.2025
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
20:40 24.09.2025
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
20:26 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
İmişlidə toyda zəhərlənənlərin son durumu
20:23 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin son durumu
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
20:18 24.09.2025
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
20:09 24.09.2025
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
19:57 24.09.2025
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
19:53 24.09.2025
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
19:53 24.09.2025
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
19:48 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda Portuqaliya Prezidenti ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
19:46 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - FOTO
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
19:42 24.09.2025
İlham Əliyevin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - FOTOLAR
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
19:41 24.09.2025
Britaniyada Avropadakı hava limanlarının işini iflic edən kiberhücumla bağlı bir nəfər saxlanılıb
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
19:24 24.09.2025
İran və Rusiya kiçik AES-lərin tikintisi barədə razılığa gəlib
NATO Baş katibi ABŞ-a səfər edəcək
19:16 24.09.2025
NATO Baş katibi ABŞ-a səfər edəcək
Bu kampaniyada qiymətlər danışacaq - FOTO
19:08 24.09.2025
Bu kampaniyada qiymətlər danışacaq - FOTO