Balasanyan İrəvanda polisə təslim oldu

Balasanyan İrəvanda polisə təslim oldu
SİYASƏT
16:12 25.10.2023
527
Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının sabiq "rəhbəri”, terrorçu-daşnak Vitali Balasanyan Ermənistanda Baş Polis idarəsinə təslim olub.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Shamshyan.com” portalı yayıb.

Məlumata görə, polis idarəsinə yaxınlaşan Balasanyan "Makarov” tipli silahını təqdim edib.

Bildirilir ki, hadisə ilə bağlı Baş Polis İdarəsində sənədlər tərtib edilib və bu sənədlər Kentron və Nork-Maraş inzibati dairələrinin istintaq bölmələrinə göndərilib.
OXŞAR XƏBƏRLƏR