"Bakının Sabunçu rayonunun ərazisində, Balaxanı-Binəqədi yolunda yanan avtomobildə xəsarət alan olmayıb".
AZXEBER.COM xəbər verir ki, məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev verib.
"Hadisə bu gün saat 13:00-da Abşeron rayonu ərazisində baş verib. 1988-ci il təvəllüdlü Zaur Əvəz oğlu Məmmədovun idarə etdiyi 10-VV-512 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır", - deyə E.Hacıyev bildirib.