Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - Video

Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - Video
SOSİAL
18:28 14.03.2026
185

FHN-nin "112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsində yerləşən yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2023-cü il təvəllüdlü azyaşlıları valideynlərinə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR