Balidə rusiyalı məşqçinin cəsədi tapıldı

Balidə rusiyalı məşqçinin cəsədi tapıldı
DÜNYA
15:48 02.05.2025
317
Balidə otellərdən birində rusiyalı məşhur məşqçi və psixoloq Artem Afoninin cəsədi tapılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Balinin Kerobokan şəhərində bir otel işçisi təmizlik üçün otel otağının qapısını iki gün döyüb, daha sonra polisə xəbər verib.
 
Hadisə yerinə gələn polis otağın qapısını sındırıb və məşqçinin cəsədi ilə rastlaşıb.
 
"Onun qolları, ayaqları və üzü sıyrıqlarla örtülmüşdü, burnundan və ağzından qan axırdı. Həkimlərin sözlərinə görə, ölüm aşkarlanmadan 12 saat əvvəl baş verib. Hazırda yerli polis Rusiyadan olan biznes-məşqçinin müəmmalı ölümünü araşdırır. Meyit ekspertizaya göndərilib" deyə Bali polisi məlumat verib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR