Balıqçılar Kürdə köməksiz vəziyyətdə qaldı

Balıqçılar Kürdə köməksiz vəziyyətdə qaldı
SOSİAL
13:50 27.03.2026
236
Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində balıq tutan şəxslər köməksiz vəziyyətdə qalıblar.

Rayon sakinləri olan bir neçə nəfər Kürdə balıq tutmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Nəticədə balıqçılar Kürün ortasındakı adada qalıblar.

Dərhal əraziyə FHN-in və adiyyatı qurumların əməkdaşları cəlb edilib. Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.
 
/unikal.az
OXŞAR XƏBƏRLƏR