Balıqdan telefon çıxdı - FOTOLAR

MAQAZİN
15:28 26.03.2013
1993
Penitensiar xidmətin və 8 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətdən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1977-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29-cu maddələri ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cavid Zəbulla oğlu İbadovun yanına qısa müddətli görüşə gəlmiş qardaşı Nurlan Zəbulla oğlu İbadovun gətirdiyi sovqata baxış keçirilən zaman balıq konservlərinin içərisində gizlədilmiş, sellofan torbaya bükülmüş 2 (iki) ədəd “Nokia” markalı mobil telefon aparatı, 2 (iki) ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısının birləşdirici naqilləri və 2 (iki) ədəd mobil telefon üçün “Nokia” markalı qulaqcıq aşkar edilərək götürülüb.Fakt üzrə araşdırma aparılır.//anspress

OXŞAR XƏBƏRLƏR