Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfovun ailəsi yaxın günlərdə toya hazırlaşır. "Xəzər" telekanalının "Star Life" verilişinə müsahibə verən müğənni deyib: "Uşaqlarımın hamısını evləndirib, ərə vermişəm, qalıb bircə kiçik oğlum. Heç vaxt uşaqlarımın həyatına müdaxilə etməmişəm. Kiçik oğlum da özü seçim edib. Mən də razılaşmışam, başqa nə etməli idim ki?! Ona görə də sentyabrın 26-da, paytaxt restoranlarının birində toy edəcəyik. Əsas odur ki, onlar bir-birlərini başa düşsünlər". Baloğlan Əşrəfov onu da qeyd edib ki, toya yalnız ən yaxın bildiyi həmkarlarını dəvət edəcək.