Baloğlan Əşrəfovun 13 yaşlı qohumunu maşın vurdu

Baloğlan Əşrəfovun 13 yaşlı qohumunu maşın vurdu
SOSİAL
10:28 07.04.2017
898

Masallı rayonunun Bədalan kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

2004-cü il təvəllüdlü, Tağıyev Rauf Rafiq oğlu yolu keçmək istəyərkən onu maşın vurub.

Nəticədə piyada ağır kəllə-beyin travması alaraq Bakı şəhərində yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı Masallı Rayon Polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən müğənni Baloğlan Əşrəfovun bibisi nəvəsidir.


///report
OXŞAR XƏBƏRLƏR