“Baloğlanı itirəcəyimizi düşünmürdüm” - Mərhum müğənninin dostu

“Baloğlanı itirəcəyimizi düşünmürdüm” - Mərhum müğənninin dostu
MAQAZİN
11:05 27.04.2021
1021
Ötən gün koronavirus səbəbindən dünyasının dəyişən əməkdar artist Baloğlan Əşrəfov bu gün səhər saatlarında Masallı rayonunun Bədəlan kəndində dəfn olunub.

Onun yaxın dostu, mügənni Manaf Ağayev Modern.az-a açıqlamasında Baloğlan müəllimin vəziyyətinin gecə saatlarında qəfil pisləşdiyini deyib:

"Koronavirusa yoluxmasına baxmayaraq, vəziyyəti normal idi. Hər gün əlaqə saxlayırdım, "yaxşıyam” deyirdi. Düzdür, səsi xırıltılı gəlirdi, amma onu itirəcəyimizi düşünmürdüm. Ölümündən təxminən 5-6 saat qabaq qəfildən vəziyyəti ağırlaşıb.

Onun itkisi bizə, ailəsinə və hər kəsə ağır oldu. Baloğlan insan kimi gözəl insan, əsl qardaş, gözəl sənətkar, ailə başçısı idi. Baloğlan Əşrəfov dünənin yox, keçmişlərin adamı olub. Onun itkisi tək yaxınlarının deyil, incəsənət aləminin itkisi olub.

Allah rəhmət etsin!”

OXŞAR XƏBƏRLƏR