“Bandotdel”dən əməliyyat: Narkotacir 10 kiloqram narkotiklə ələ keçdi - FOTO -VİDEO

“Bandotdel”dən əməliyyat: Narkotacir 10 kiloqram narkotiklə ələ keçdi - FOTO -VİDEO
SOSİAL
13:01 13.09.2021
306
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni satışının təşkil edilməsi ilə məşğul olan daha bir şəxsin ifşa edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini Oqtay Cəfərov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.

Onun Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşadığı evə baxış keçirilən zaman 7 kiloqram 559 qram narkotik vasitə olan heroin, 2 kiloqram 205 qram psixotrop maddə metamfetamin, həmçinin 110 ədəd güclü təsiredici preqabalin, 170 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib.

Oqtay Cəfərovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, o xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə sıx əlaqələr yaradaraq narkokuryerliyə cəlb edilib.

Daha sonra saxlanılan şəxs narkotik vasitələri Cəlilabad rayonu ərazisində qəbul edib. Onun əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri hissə-hissə Bakı şəhərində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək olub.

Sonuncu əməliyyat zamanı baş idarənin əməkdaşları tərəfindən ümumilikdə 10 kiloqrama yaxın "kola” və "kakos” adlanan narkotik vasitə heroin, "patı”, "şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, eləcə də 280 ədəd metadon və preqabalin həbi qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) və 240.3.2 (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oqtay Cəfərov barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR