Bank kartlarından oğurluq edənlərə qarşı ƏMƏLİYYAT

Bank kartlarından oğurluq edənlərə qarşı ƏMƏLİYYAT
SOSİAL
17:23 23.08.2025
420
Paytaxt sakini olan iki nəfərin bank kartından, ümumilikdə 3900 manat pul oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR