"Bank of Baku"da “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə öz töhfəsini verəcək!

"Bank of Baku"da “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə öz töhfəsini verəcək!
İQTİSADİYYAT
11:59 13.05.2019
3918
Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə 16-17 may 2019-cu il tarixində "FINTEX SAMMİT - Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” adlı tədbir keçiriləcək. Maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsinin keçiriləcəyi sammitdə dövlət qurumları və bir çox maliyyə təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı gözlənilir.

AZXEBER.COM xəbər verir ki, sammitin keçiriləcəyi həftə - 13–17 may 2019-cu il həftəsi isə Azərbaycanda "Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” elan edilmişdir. Ölkənin İnnovativ Bankı və 25 ildir ki, "Bank Sektorunun Akademiyası” adına sahib olan Bank of Baku da "Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə öz töhfəsini verəcək. Ölkənin maliyyə və bank sektoruna gətirdiyi innovativ həlləri ilə təməl daşları qoyan və günün müasir bankçılıq trendlərini izləyərək yeniliklərə imza atan Bank "Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”ndə gələcəyin mütəxəssislərinə özəl, silsilə təlimlərə start verəcək.

Belə ki, Bank of Baku Bakı Mühəndislik Universitetinin texnoparkında fəaliyyət göstərən, maliyyə və əsasən informasiya texnologiyaları istiqamətində təhsil alan 20 tələbəyə özəl olaraq 14 may 2019-cu il tarixində "BOB Akademiya” təlim mərkəzində "Agile metodologiyasının əsasları” və "İT təhlükəsizlik” mövzusunda seminar təşkil edəcək. Ümumilikdə 2 saat davam edəcək təlimlər, Bank of Baku-nun təcrübəli mütəxəssisləri tərəfindən keçiriləcək.

Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçiriləcək sammit barədə ətraflı məlumatla bu linkə - https://www.gbmevents.az/az/event/fintex-sammiti-maliyye-ve-texnologiyalar-sammiti daxil olaraq, Bank of Baku-nun xidmət və ya məhsulları barədə isə Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq cavab tapa bilərsiniz.

Daha ətraflı:

145 Məlumat Mərkəzi
 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb