Bank of Baku-dan qadın sahibkarlara dəstək – Praqmatik maliyyə təlimi

Bank of Baku-dan qadın sahibkarlara dəstək – Praqmatik maliyyə təlimi
İQTİSADİYYAT
11:51 21.04.2026
1299

Bank of Baku ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə mikro, kiçik və orta biznesləri əhatə edən maarifləndirici təlim təşkil edib.

"25 Aprel – Sahibkarlar Günü” ərəfəsində Bank of Baku-nun təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə keçirilən təlimdə 20-dən çox sahibkar qadın iştirak edib. "Praqmatik Maliyyə: Qadın Sahibkarlar üçün Artım Modelləri” mövzusunda keçirilən təlimin əsas məqsədi qadın sahibkarlar arasında maliyyə savadlılığını artırmaq və bizneslərin dayanıqlı inkişafına töhfə verməkdir.

Təlim çərçivəsində maliyyə hesabatlarının tərtibi, nağd axınının idarəedilməsi, kredit yükünün optimallaşdırılması və bizneslə şəxsi maliyyənin ayrılması kimi əhəmiyyətli mövzular əhatə olunub. Təlimin 2-ci hissəsində isə müasir investisiya alətləri müzakirə edilib, kriptovalyuta, əmanət, istiqrazın fərqli cəhətləri, üstünlükləri və riskləri barədə danışılıb.

Tədbirdə təlimçi qismində Bank of Baku-nun KOB bankçılıq departamentinin direktor müavini, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi İsmayıl Məmmədov və Bank of Baku-nun Xəzinədarlıq departamentinin şöbə müdiri Hüseyn Hüseynli çıxış edib.

Qeyd edək ki, KOB subyektlərinə dəstəkləyici həllərin təqdim edilməsi və korporativ bankçılıq istiqamətinin genişləndirilməsi "Bank of Baku”nun strateji inkişaf planında xüsusi yer tutur.

Bank of Baku hazırda 21 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
20:53 03.11.2026
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
20:47 03.11.2026
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Natiq Nağıyev vəzifəsindən azad edildi
20:16 03.11.2026
Natiq Nağıyev vəzifəsindən azad edildi
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
20:10 03.11.2026
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
20:04 03.11.2026
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
20:00 03.11.2026
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
“TikTok”da xəmir yoğurarkən öldü
19:39 03.11.2026
“TikTok”da xəmir yoğurarkən öldü
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
19:34 03.11.2026
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
“Tiktok”da qadına gül atan kişi həbs edildi
19:31 03.11.2026
“Tiktok”da qadına gül atan kişi həbs edildi
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
19:24 03.11.2026
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
19:09 03.11.2026
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
19:09 03.11.2026
Ucar sakini cərəyan vurması nəticəsində ölüb