Bank of Baku müştərini belə aldatdı

İQTİSADİYYAT
14:47 06.01.2015
7282
Son zamanlar ölkəmizdə müxtəlif bankların taksit kartlarından istifadə geniş yayılıb. 
Əksər banklar bu tip kartlar buraxaraq müştəri toplamağa çalışırlar. Jurnalist Aqil Familoğlu isə sahibi olduğu Bolkartla Bakıdakı mağazalarda alış veriş etdikdən sonra, etdiyi ödənişi taksitlərə bölmək üçün lazım olan proseduru həyata keçirtmək istəyib.
 Bunun üçün Bolkart səhifəsində göstərilən (https://www.bolkart.az/?/az/page/SMS%20Taksit/) qayda üzrə təsdiq kodu 8145 qısa nömrəsinə göndərilir və qısa müddət sonra “Bu əməliyyat üçün sms taksit qəbul edilmir” tipli cavab mesajı gəlir. Bundan sonra bank ilə əlaqə yaradılır və müştəri xidmətindəki operator xanımlar məsələni araşdırmağa çalışırlar. Araşdırmanın nəticəsində verilən cavabı isə sesnsasion adlandırmaq olar. Xanım bəyan edir ki, “Siz ödəməni Bank of Baku-nun post terminalı ilə etdiyiniz üçün bu əməliyyat yerinə yetirilə bilməz”. Bundan sonra müqavilədə belə bir bənd olmadığı operatorun diqqətinə çatdırılır operator yenidən kiminləsə danışdıqdan sonra bəyan edir ki, bu bankın daxili qaydasıdır.
Jurnalistin məsələni operativ həlli üçün Banka şikayətinə isə “10 günə sizə cavab veriləcək” deyilib. Bu isə vətəndaşların istehlakçı hüquqlarının pozulmasıdır.
Məsələ ilə bağlı bankın da mövqeyini dərc etməyə hazırıq.
///Simsar.az

OXŞAR XƏBƏRLƏR