Bank of Baku-nun İnternet Bankçılığına daxil olmaq indi daha asan!

Bank of Baku-nun İnternet Bankçılığına daxil olmaq indi daha asan!
İQTİSADİYYAT
10:37 07.08.2019
3970
Ölkənin innovativ bankı – Bank of Baku, müştərilərini sevindirəcək daha bir yeniliyə imza atdı.

AZXEBER.COM xəbər verir ki, indi Bank of Baku-nun DostBank mobil tətbiqini istifadə edən müştəriləri İnternet Bankçılığa QR Login vasitəsilə daxil ola biləcəklər. Bunun üçün müştəri,

* Komputerdən İnternet Bankçılığa (https://www.e-bankofbaku.com/InterBank/login) daxil olmalı;

* "Kabinetə daxil olun” pəncərəsindən QR Login bölməsini seçməli;

* Telefonda DostBank mobil tətbiqini açmalı;

* Mobil tətbiqin QR Login hissəsinə daxil olmalıdır.

Daha sonra komputerdə olan QR kodu telefonda açılan QR Login kamerası ilə skan etmək lazımdır. QR kod skan edildikdən sonra, komputer ekranında müştərinin internet bankçılıq səhifəsi avtomatik açılacaqdır. Yəni, müştəri heç bir müştəri kodu və ya şifrə daxil etmədən internet bankçılığa rahatlıqla daxil ola və tamamilə təhlükəsiz şəraitdə bank əməliyyatlarını icra edə biləcək.

Bank of Baku-nun İT sahəsinin rəhbəri Anar Abbasov təqdim edilən yenilik barədə danışarkən bildirib ki, "Müştərilərin QR koddan istifadə etməklə internet bankçılığa sürətli, rahat və eyni zamanda təhlükəsiz daxil ola bilmələri onların simasında o qədər xoş təəccüb hissi yaradır ki, bizi QR kodlarla daha da maraqlı eksperimentlər aparmağa həvəsləndirir. Məlumat üçün bildirim ki, bu ilin sonuna qədər bizi seçən müştərilərdə "WoW effekti yaradacaq” QR kod əsaslı yeni funksiyaları təqdim edəcəyik.”

DostBank - Mobil Bankçılıq tətbiqi müştərilərə mobil telefon vasitəsilə bank əməliyyatlarını onlayn rejimdə həyata keçirmə imkanı verir. DostBank mobil tətbiqi ödənişsizdir və tətbiqi Android və ya İOS istifadəçisi olan istənilən Bank of Baku müştərisi aşağıdakı linklərdən yükləyə bilər:

 

İnternet Bankçılıq xidməti isə müştərilərə məkan və ya zaman fərqi olmadan birbaşa internet vasitəsi ilə müxtəlif bank əməliyyatlarını icra edə bilmə imkanı verən proqram təminatıdır. Qeyd edək ki, Bank of Baku İnternet Bankçılıq xidmətini indi daha yeni və müasir interfeyslə təqdim edir. Müştərilər Bank of Baku-nun rəsmi veb səhifəsində İnternet Bankçılıq bölməsinə daxil olduqdan sonra "Yeni Internet Banka keçid” düyməsinə və ya bu linkə - https://www.e-bankofbaku.com/InterBankNew/login klik etməklə istifadəsi daha rahat yeni görünüşlü internet bankçılıq səhifəsindən istifadə edə bilərlər.

Bank of Baku-nun növbəti yenilikləri haqqında daha ətraflı məlumatla, Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, Bank of Baku-nun rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi
 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək