“Bank of Baku”nun audit olunmuş hesabatı açıqlandı - 33 milyon manat xalis mənfəət

“Bank of Baku”nun audit olunmuş hesabatı açıqlandı - 33 milyon manat xalis mənfəət
İQTİSADİYYAT
11:25 25.05.2022
260
"Bank of Baku” ASC 2021-ci il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarını dərc edib.

MƏNFƏƏTİ KƏSKİN ARTIB

AZXEBER.COM Banker.az-a istinadən xəbər verir ki, "Baker Tilly Azerbaijan” audit şirkətinin rəy verdiyi hesabatlarda, "Bank of Baku” 2021-ci ili 33 milyon 284 min manat xalis mənfəət ilə başa vurub. Bank of Baku” 2020-ci ili 15 milyon 158 min manat xalis mənfəət ilə başa vurmuşdur ki, bu illik müqayisədə ötən il Bankın xalis mənfəətinin 2.2 dəfə artması deməkdir.

GƏLİRLƏRİ ARTIB

Ötən il "Bank of Baku”nun faiz gəlirləri 18% artaraq 62 milyon 898 min manat, haqq və komissiya gəliri 46.3% artaraq 8 milyon 694 min manat təşkil edib. Bankın faiz xərcləri isə 19 milyon 157 min manat, haqq və komissiya xərci 7 milyon 60 min manat olub. Bank ötən il 9 milyon 291 min manat mənfəət vergisi ödəyib. (2020-ci ildə 5 milyon 372 min manat idi)

MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB, BANK BÖYÜYÜB

2021-ci ildə "Bank of Baku”nun cəmi aktivləri 519 milyon 455 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 24% artımdır. Bunun 369 milyon 185 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 49% böyüyüb.

BANKDA MÜŞTƏRİLƏRİN VƏSAİTLƏRİ ARTIB

2021-ci ildə "Bank of Baku”nun depozit portfeli (müştərilərin vəsaitləri) 25.3% artaraq 246 milyon 506 min manata yüksəlib. Bankın cəmi öhdəlikləri isə 402 milyon 185 min manat təşkil edib.

KAPİTALI ARTIB

Bankın ötən il cəmi kapitalı 30.3% artaraq 117 milyon 270 min manat olub. 2020-ci ildə bu göstərici 89 milyon 986 min manat təşkil edib.

Xatırladaq ki, "Bank of Baku” 18 fevral, 2005-ci il tarixində Azarbaycan Respublikasının Mərkəzi Bankı ("ARMB”) tərəfindən verilmiş 247 saylı bank lisenziyası əsasında fəaliyyət göstərir. və 31 dekabr 2021-ci il tarixinə Bakıda və Azərbaycan Respublikasının digər şəhərlərində 18 filialı (2020-ci il: 17) və 3 xidmət məntəqəsi (2020-ci il: 3 xidmət məntəqəsi) mövcud olub.

31 dekabr 2021-ci il tarixində "Bank of Baku” ASC-nin səhmdarları "NAB Holding” (35%), Hikmət İsmayılov (31.11), "Azpetrol Neft Şirkəti” MMC (28.89%) və Elçin İsayev (5%) olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı