Bank Respublika COP29 çərçivəsində 3 beynəlxalq maliyyə təşkilatından yaşıl kredit cəlb edib.

İQTİSADİYYAT
11:19 22.11.2024
962

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "Bank Respublika”nı dəstəkləyərək Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün böyük həcmli kredit ayırıb.

AZXEBER.COM xəbər verir ki, imzalan sazişə əsasən, beynəlxalq maliyyə institutu "Bank Respublika”ya 4 illik müddətə 20 milyon ABŞ dolları məbləğində yaşıl kredit təqdim edəcək. Kredit vəsaitləri ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən mikro, kiçik və orta müəssisələrə, eləcə də aşağı gəlirli ailə bizneslərinə dəstək məqsədilə yönəldiləcək.

 

Bu, yeni iş yerlərinin yaradılmasına, sosial dayanıqlılığın artırılmasına və yaşıl texnologiyaların daha geniş əhali təbəqələrinə əlçatanlığının təmin edilməsinə imkan yaradacaq. Belə təşəbbüslərin dəstəklənməsi, dayanıqlı iqtisadi artıma kömək edəcək və bölgələrin inkişafını stimullaşdıraraq onları qlobal ekoloji transformasiya proseslərinə inteqrasiya edəcək.

 

Qeyd edək ki, bu "Bank Respublika”nın COP29 çərçivəsində beynəlxalq maliyyə təşkilatları ilə bağladığı 3-cü yaşıl kredit sazişi olub. Bank daha öncə Niderland İnkişaf Bankı ilə və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə böyük həcmli və mühüm kredit sazişi bağlamışdır.

 

"Özəl biznes, xüsusilə kiçik biznes Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunda iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Bizim məqsədimiz maliyyə sektorunun bu müəssisələri dəstəkləmək qabiliyyətini artırarkən, eyni zamanda iqlimə davamlılığı təşviq etməkdir. Hesab edirik ki, IFC-nin” Bank Respublika”-ya ayırdığı vəsaitlər iqlim maliyyələşdirmə məhsullarının effektivliyini nümayiş etdirəcək və maliyyə institutlarının bunları daha geniş tətbiq etməsinə stimullaşdırıcı rol oynayacaq”– deyə IFC-nin Avropa, Latın Amerikas və Karib dənizi üzrə regional vitse-prezidenti Alfonso Garcia Mora bildirib.

 

"Bank Respublika olaraq ölkəmizdə uğurla davam edən COP29 çərçivəsində çoxillik tərəfdaşımızla bu müqaviləni imzalamaqdan olduqca məmnunuq və hesab edirik ki, bu saziş əlaqələrimizin möhkəmləndirilməsi və birgə ekoloji təşəbbüslərin həyata keçirilməsi istiqamətində mühüm addım olacaq. IFC kimi nüfuzlu beynəlxalq maliyyə təşkilatı ilə əməkdaşlıq yalnız "Bank Respublika”nın etibarlı maliyyə təşkilatı kimi etibarını təsdiqləmir, həm də mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi üçün yeni imkanlar açır. Əminik ki, bu saziş ölkəmizdə ekoloji cəhətdən məsuliyyətli layihələrin maliyyələşdirilməsi üçün geniş imkanlar yaradacaq və qlobal miqyasda ekoloji problemlərin həllinə töhfə verəcək” – deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

 

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebookinstagramlinkedintelegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir