Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tələbələr arasında Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunmuş yazı müsabiqəsi elan edir.
Bakı, 26 aprel 2018.2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Cümhuriyyəti XX əsrin sonlarında yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub.
Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası bununla əlaqədar universitet tələbələri arasında yazı müsabiqəsi elan edir.
Müsabiqəni təşkil etməkdə məqsəd - Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatları göstərməkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 14.05.2018-ci il tarixinə kimi öz yazılarını [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqə haqda ətraflı məlumat burada: https://bit.ly/2I1vh1e
Qaliblər Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən pul mükafatı və diplomlarla mükafatlandırılacaq. Ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook səhifəisindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
"Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və 25 ildir ki, "Sizə Faydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir. Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.