Bank Respublika üçüncü rübdə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf nümayiş etdirib

Bank Respublika üçüncü rübdə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf nümayiş etdirib
İQTİSADİYYAT
14:37 13.10.2023
876
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2023-cü ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişafını davam etdirərək, ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri 20% artaraq 1,86 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 26% artaraq 149,7 milyon manat olmuş və minimum məcmu kapital normasını təxminən 3 dəfə üstələmişdir.
Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 38%-dən çox artaraq 83,96 milyon manata, xalis əməliyyat mənfəəti 47,5% artaraq 35,64 milyon manata, xalis mənfəəti isə 34,46% artaraq 25,67 milyon manata çatıb.

9 ayın yekunlarına görə, bankın depozit portfelində də inamlı artım müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın depozit portfeli 27,02% artaraq 1,2 milyard manata çatıb ki, bu da çoxsaylı müştərilərin "Bank Respublika”ya olan inamını bir daha təsdiqləyir.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
16:48 16.09.2025
Şuşada BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Şimşək çaxacaq, leysan yağacaq
16:45 16.09.2025
Şimşək çaxacaq, leysan yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
16:37 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər - FOTOLAR
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
16:32 16.09.2025
Paytaxtda motosiklet qaçıran şəxs saxlanılıb
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
16:32 16.09.2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib