Bank Respublika və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bank Respublika və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
İQTİSADİYYAT
13:02 14.10.2021
255
Ölkəmizdə təhsilin inkişafına böyük önəm verən Bank Respublika və respublikamızın qocaman ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

AZXEBER.COM xəbər verir ki, qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən memorandum bankın nümayəndələri və universitetin struktur rəhbərlərinin iştirakı ilə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov və UNEC rektoru, professor Ədalət Muradov tərəfindən imzalanıb.

Memorandumda UNEC ilə Bank Respublika arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələr üçün staj keçirilməsi, sosial layihələrin işlənməsi və s. nəzərdə tutulur.

İmzalanma mərasimində çıxış edən rektor Ədalət Muradov UNEC-də həyata keçirilən yeniliklərdən söz açıb və universitetin hədəfləri barədə məlumat verib. Bank Respublika ilə əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən rektor, gənc müəllimlərin xarici universitetlərdə tədqiqat aparması, eləcə də xaricdə fəaliyyət göstərən müəllimlərin UNEC-də tədrisə cəlb olunması istiqamətində tərəfdaşlığın vacibliyini bildirib.

Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov UNEC ilə əməkdaşlığın perspektivlərindən söhbət açıb. Bank Respublikanın gənclərin peşəkar mütəxəssis kimi yetişməsinə dəstək olacağını deyib. Eləcə də bankın əməkdaşlarının UNEC-in korporativ təhsil imkanlarından yararlana biləcəyinin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu