Bank Respublika yenidən "Dörd Brilyant" mükafatına layiq görüldü

İQTİSADİYYAT
15:20 04.10.2019
5789
"Bank Respublika" mikromaliyyə sektorunda nümayiş etdirdiyi şəffaflığa görə, mükafata layiq görülüb.

AZXEBER.COM xəbər verir ki, bu gün Bakıda "Mikromaliyyə Yol Kəsişməsində : Rəqəmsal Erada Dayanıqlı İnkişaf " mövzusunda 6-cı İnvestorlar Yarmarkası işə başlayıb.

Tədbir çərçivəsində mikromaliyyə sektorunda informasiya xidmətlərinin aparıcı təchizatçısı "Microfinance Information Exchange" (MIX), "Bank Respublika"nı şəffaflıq prinsiplərinə tam əməl etdiyinə görə yenidən "Dörd Brilyant" mükafatına layiq gördü.

Mükafat Bankın Aqro və mikrokreditdər departamentinin rəhbəri Tural Səlimova təqdim olunub.
OXŞAR XƏBƏRLƏR