Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən "Bank VTB (Azərbaycan)" ASC-nin 6 filialının lisenziyaları ləğv edilib.
Palatadan AZXEBER.COM-a verilən məlumata görə, bu filialların işi dayandırılıb.
Filialların bağlanmasına əsas səbəb "Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.
Direktorlar Şurası "Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq "Bank VTB (Azərbaycan)”-nin "İçərişəhər” filialının 11.08.2014-cü il tarixli №162/10 saylı, "Həzi Aslanov” filialının 20.08.2013-cü il tarixli №162/5 saylı, "Əhmədli” filialının 27.11.2013-cü il tarixli №162/6 saylı, "Bakıxanov” filialının 21.07.2014-cü il tarixli №162/8 saylı, "28 May” filialının 03.10.2014-cü il tarixli №162/12 saylı və "Xırdalan” filialının 26.09.2014-cü il tarixli №162/11 saylı icazələrini ləğv edib.
Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8-ə çatıb.