Banklar dolları yenə bahalaşdırdı - QİYMƏTLƏR

Banklar dolları yenə bahalaşdırdı - QİYMƏTLƏR
SOSİAL
10:53 15.02.2017
6413
Azərbaycan Mərkəzi Bankı 15 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb

Mərkəzi Bankdan AZXEBER.COM-a verilən məlumata görə, fevralın 14-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7296 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi isə 1,8293 manat təşkil edir.

1 türk lirəsi 0,4735 manat, 1 rus rublu 0,0303 manatdır. 

Banklar neçəyə satır?

Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərini daha da bahalaşdırıb. Fins.az xəbər verir ki, səhər saatlarından banklar artıq 1 dolları 1.68 manatdan baha alır, 1.78 manatdan da yüksək satır.

Araşdırmaya əsasən, "Accessbank” dolları 1.6850 manata alır, 1.7800 manata satır.

Qeyd edək ki, Mərkəzi Bank dolların satış kursunu 1.7296-ya salmasına baxmayaraq, bahalaşma tendensiyası müşahidə olunur.

OXŞAR XƏBƏRLƏR