Banklarda dollar satışına - QADAĞA QOYULDU

İQTİSADİYYAT
12:13 25.08.2015
5159

Bir neçə gündür ki, sosial şəbəkələrdə ekspertlər manatın ikinci devalvasiyasının baş tutacağı barədə proqnoz səsləndirir. 

AZXEBER.COM-un“Qafqazinfo"-a istinadən məlumatına görə, manatın məzənnəsinin düşəcəyindən narahat olan vətəndaşlar yenidən əlindəki manatı dollar çevirməyə tələsirlər.

Bu gün isə bir neçə bankda dollar satışını dayandırılması ilə bağlı məlumatlar yayılmışdı.

Məsələni dəqiqləşdirmək üçün bir neçə bankın filialına baş çəkilib. Bildirək ki, “Rabitəbank”, “Bank VTB”, “Unibank”, “Yapıkredi bank”, “Muğanbank” dollar satışını dayandırmayıb. Sözügedən banklar Mərkəzi Bankın onlara tövsiyə etdiyi 1.0550 məzənnəsi ilə dollar satışını həyata keçirirlər.

“Atabank”, "Kapital Bank" və "Dəmir Bank"da isə dollar satışı dayandırılıb.

Qeyd edək ki, “Unibank”da maksimim 2000 dollar almaq mümkündür.

Xatırladaq ki, bu ilin fevral ayında olduğu kimi ölkədə əhali arasında yenidən dolların bahalaşacağı ilə bağlı ajiotaj hökm sürür. Buna baxmayaraq, son günlər manat dollara nisbətən bahalaşıb.

OXŞAR XƏBƏRLƏR