Bankların fırıldaqçı siyasəti - Reklamlara aldanmayın

İQTİSADİYYAT
10:15 08.08.2012
2688

Sən demə, Azərbaycandakı bankların özlərinin təklif etdikləri faizlərdən xəbərləri yoxmuş.

Belə ki, bu yaxınlarda kreditdən yararlanmaq fikrinə düşdüm.

Bankların kredit üçün güclü reklam kampaniyaları məni buna bir az da həvəsləndirdi. Lakin qarşılaşdığım mənzərə məni xəyallar aləmindən yenidən öz yerimə qaytardı. Kredit istəyi ilə zəng etdiyim hər bankdan aldığım cavab belə oldu ki, sizə kredit verə bilmərik. Çünki sizin əmək haqqınıza kredit düşmür. Bəs görəsən kredit kimə düşür? Deməli əgər siz 2000 manat kredit almaq fikrinə düşmüsünüzsə əmək haqqınız minimum 300 manat olmalıdır. Bəs görəsən Azərbaycanda maaşlar nə səviyyədədir? Düzdür bəzi banklar həkim, müəllim və bir sıra peşə sahiblərindən bu tələbi etməyin gülünc olduğunu nəzərə alıblar. Və onlar üçün xüsusi peşə kreditləri təklif edirlər. Amma bütün bunlar kifayət deyil. Məsələn jurnalistika kimi geniş yayılmış bir sahə demək olar ki, bankların heç yadına da düşməyib. Demək olar ki, siz jurnalist kimi çalışırsınızsa, kreditin adını belə anmamağınız məsləhətdir. Nə isə, birtəhər bankların minimum əmək haqqı tələbini yerinə yetirdim. Uzun axtarışdan sonra bu maaşa uyğun birinin sənədi ilə krediti alıb sevinəcəyimi düşünürdüm ki, ortaya daha bir problem çıxdı. Bəs sən demə bankların hər yerdə göz çıxardan reklamlarında yazılan faiz dərəcələrindən özlərinin xəbərləri yoxmuş. Belə ki, illik 15-16% bəzənsə daha az rəqəmlər banklardan kredit alanda minimum 26%-dən başlayır. Bunun izahını tələb etdikdə isə heç özlərini də anlamadıqları izahatlarını təkrarlamaqla vəziyyətdən çıxdıqlarını düşünürlər. Amma nə edəsən ki, başqa seçimin yoxdur. Məcbursan almağa, hələ almağı bacara bilsən böyük qəhrəmanlıq etdiyini yaddan çıxarmadan. Odur ki, “indi kredit almaq çox asan”, reklamını görəndə adam lap ağlını qaçırır. Deyirsən bəlkə yuxudaymışsan, xəbərin yoxmuş. Bir sözlə, mənim kredit almaq istəyim gerçəkləşmədi. Banklardan qazancım kredit deyil, əsəb oldu. Odur ki, kredit almaq fikrinə düşmüsünüzsə sizə səbir diləməkdən başqa bir şey qalmır. Nərmin Rəhimova Gün.Az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb