AZXEBER.COM İNRADİO.AZ-A İstinadən xəbər verir ki, Kubada yaşayan İqnasio Kubilla Banos 111-ci ad gününü siqar çəkərək və ona bağışlanan pulları sayaraq qeyd edib. Havanada yaşayan Banos ad gününü ailəsinin əhatəsində keçirib. Onun 11 uşağı, 40 nəvəsi və 15 nəticəsi var.
Banos əvvəllər şəkər fabrikində işləyib. 1900-cü ildə anadan olan Banos dünyanın ən yaşlı insanı hesab olunmaqda amerikalı Uolter Breuninqdən geri qalır. Belə ki, Breuninqin 114 yaşı var.