Bir brendin tanıtımı üçün Banqladeşə gedən aktyor Burak Özçivit pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.
AZXEBER.COM xəbər verir ki, izdiham səbəbiylə polis təhlükəsizlik divarı hörərək pərəstişkarları Özçivitdən uzaqlaşdırıb.
Şəkil çəkdirmək üçün bir-birlərini əzən pərəstişkarların marağından nəqliyyat vasitəsi ilə irəliləyə bilməyən aktyor pəncərəyə çıxaraq pərəstişkarlarını salamlayıb.
Burak Özçivitin daha əvvəl ziyarət etdiyi Pakistanda da bu cürə izdiham yaşanmışdı.
Aysel